Klub prezidenti qalmaqallı səs yazısına görə istefaya göndərilir

Klub prezidenti qalmaqallı səs yazısına görə istefaya göndərilir

İspaniyanın "Valensiya" klubunun prezidenti Anil Merti tezliklə postunu itirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Golsmedia” məlumat yayıb.

Səbəb klub prezidentinin yarımmüdafiəçi Karlos Solerə hədə-qorxu gəldiyi səs yazısının mediada yayılması ilə bağlı qalmaqaldır. Merti futbolçu ilə danışığında onu mətbuatla hədələyib, klubun maliyyə əməliyyatları ilə bağlı neqativ halları etiraf edib və şəhər rəhbərliyinin ünvanına xoş olmayan ifadələr işlədib.  

Mənbənin məlumatına görə, “Valensiya” prezidentinin istefası məhz yerli bələdiyyə ilə bağlı səsləndirdiyi fikirlər üzündən baş tuta bilər. Çünki klub şəhər meriyası ilə müxtəlif məsələlər, o cümlədən yeni stadionun tikintisinin başa çatdırılması ilə bağlı fəal əməkdaşlıq edir. Görünür, şəhər rəhbərliyi klub prezidentindən sponsora ("Valensiya"nın sahibi sinqapurlu milyarder Peter Limdir) şikayət edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər