“Klub dağılmasa, komandamı dəyişməyəcəm”- AÇIQLAMA

“Klub dağılmasa, komandamı dəyişməyəcəm”- AÇIQLAMA

“Gedəcəyimlə bağlı yazılanlardan xəbərim var. Təklif də almışdım”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in qapıçısı Səlahət Ağayev deyib.

“Kəpəz” üzərində 4:1 hesablı qələbədən sonra danışan Səlahət “İnter”in Azərbaycan Beynəlxalq Bankının imtinasından sarsılmadığını söyləyib: “Əsas istəkdi. O varsa, deməli, mübarizə davam edir. Həqiqətdən hamımızın xəbəri var. Sponsor rəsmən imtina etsə də, oynamaq, sonadək mübarizə aparmaq fikrindəyik. Qazandığımız qələbə ruhdan düşməməyimizə sübutdu. Üçüncü yeri tutmaq, Avroliqaya qatılmaq şansımız realdı. Mövsümün sonuna qədər ciddi maddi problemlər də olmayacaq. Şəxsən mən “İnter”in dağılacağına inamıram. Yəqin, mövsümün sonunda yeni sponsor tapılar. Klub dağılmasa, komandamı dəyişməyəcəm. Ümumiyyətlə, tez-tez komanda dəyişən futbolçu deyiləm”.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər