Filippe Koutinyo “Barselona”nın təklifini geri çevirib. Fanat.Az xəbər verir ki, baş məşqçi Yurgen Klopp futbolçunun “Liverpul”da qalmasına nail olub.
24 yaşlı Koutinyo İngiltərə təmsilçisiylə yeni beşillik müqavilə imzalayıb. Sözləşmə bu ilin iyulundan qüvvəyə minəcək. BBC-nin məlumatına görə, sözügedən oyunçu yeni müqaviləyə əsasən həftədə 150 000 funt-sterlinq maaş alacaq. Bu məvaciblə o, “Liverpul”un ən ödənişli futbolçusuna çevriləcək.
Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Liverpul”da 18 oyuna 6 qol vurub və 7 məhsuldar ötürməylə yadda qalıb. “Transfermarkt” portalı orta xətt oyunçusuna 34 milyon avro qiymət qoyub.
Fanat.Az