"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanın seneqallı ulduzu Sadio Maneni son matçlarda vinger yox, mərkəz hücumçusu mövqeyində oynatmasının səbəbini aşıqlayıb.
Fanat.Az xəbər verir ki, Klopp mersisaydlıların saytına danışıb:
"Səbəb sadədir: o, mərkəz hücumçusu mövqeyində çox yaxşı oynayır. Sizin xoşunuza gəlir? Lap yaxşı... Elə mənim də xoşuma gəlir. O, həm də sol cinahda komandaya böyük fayda verir. İlk vaxtlar "Liverpul"da sağ "qanad"da çıxış etdiyini də unutmayaq. Məsələn, Dioqo Jotanı və ya Firminonu mərkəzdə oynatmağa qərar verirəmsə, Sadio sol cinah vingeri mövqeyində yer alır. Bu da mənim sevimli variantlarımdan biridir. Hərçənd müdafiəçilərin arxasına atılan toplara yetişmək bacarığı yüksək olduğuna görə mərkəz forvardı kimi də işinin öhdəsindən gəlir".
Nihat