BBC 2020-ci ildə idman dünyasının ən yaxşı komandası və məşqçisini seçib.
Fanat.Az xəbər verir ki, ilin ən yaxşı komandası adına "Liverpul" layiq görülüb. Klubun çalışdırıcısı Yurgen Klopp isə ən yaxşı məşqçi seçilib.
Qeyd edək ki, Kloppun rəhbərliyi altında İngiltərə təmsilçisi ötən mövsüm son 30 ildə ilk dəfə Premyer Liqanın qalibi olub.
Fanat.Az