KK-nin başqa işi var ki? (GÜNDƏM)

KK-nin başqa işi var ki? (GÜNDƏM)

Yaranandan ciddi mənada işə yaramayan Klublar Komitəsinin yeni sədri var: menecer-prezident Riad Rəfiyev.

 

 

 

Peşəkar Futbol Liqasına alternativ qurum kimi yaradılan KK geridə qalan müddət ərzində bir qədər də lazımsızlaşıb. Boşa atılan güllənin gilizini xatırladan komitəyə yeni sədr – "pulya” yerləşdirildi.

 

 

Əlbəttə, Elxan Məmmədovun kadrının yerində başqalarının gözü olduğunu söyləmək olmaz. Kimə lazımdı, pistonu partlamış giliz – KK? Üfüqlərin daha işıqlı vaxtında vitse-prezidentlər tuturdu, tutmaqdan bezdilər, qaldı menecer-prezidentə.

 

Rəfiyev uzun müddət məşq etmiş adamı xatırlatdı. Mümkün qədər səmimi görünməyə çalışdı, arzuları dilə gətirdi, gündəmə toxundu və sair. Əslinə qalsa, baş katibin adamı heç özü də KK-nin nə üçün yaradıldığını, nəyə yaradığını bilmir. Sonda qabardılan məsələ isə əvvəlkilərin hamısından daha diqqətçəkən idi:

 

"Qarşıdakı iclasda "Futbol+" qəzetinin yaşaması üçün hansısa addımın atılması nəzərdə tutulub? Bununla bağlı şəxsən özüm növbəti iclasımızda məsələ qaldıracam. Mütləq bu barədə danışacaq və imkan daxilində qəzetə kömək etməyə çalışacağıq”.

 

İnanın, tam səmimiyəm nəyə yaradıqlarını mən də bilmirəm. Amma 22 illik tarixi olan "Futbol+”ə dəstək ola bilsələr, bir işə yaramışa bənzəyərlər. Bu KK-nin işi deyil? KK-nin başqa nə işi var ki?

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər