Kipr təmsilçisi tanınmış rusun klubuna rəsmi təklif göndərdi

Kipr təmsilçisi tanınmış rusun klubuna rəsmi təklif göndərdi

Kiprin "Aris" (Limasol) klubunun rəhbərliyi "Fiorentina"dan icarəyə götürdüyü Aleksandr Kokorinin transfer hüquqlarına yiyələnməkdə maraqlıdır.

Fanat.Az xəbər verir ki, məlumatı Rusiyanın "Sport 24" saytı yayıb.

Xəbərə görə, "Aris" artıq İtaliya təmsilçisinə rəsmi təklif göndərib və hazırda danışıqlar davam etdirilir. Mənbə Limasol təmsilçisinin istəyinə çatmaq ehtimalının yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, "Fiorentina"da ümidləri doğrultmayan Kokorin ötən ilin avqustunda "Aris"ə icarəyə verilib. 32 yaşlı hücumçu cari mövsüm Kipr təmsilçisində 22 matça çıxaraq 11 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər