İngiltərə millisinin və "Tottenhem" klubunun hücumçusu Harri Keyn (Harry Kane) tətildən qayıtdıqdan sonra ilk dəfə bu gün klubu ilə birlikdə məşqlərə qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə ingiltərənin "Sky Sports" saytı məlumat yayıb.
Harri Keyn azad agent statusu almadığına görə "Tottenhem"in məşqlərinə gəlməməklə bu qərarı boykot edirdi. Klubun baş məşqçisi Nunu Eşpiritu Santu ilə danışıqlar apardıqdan sonra nəhayət, bu gün məşqlərə qoşulub və bundan sonra da hazırlıqlarda iştrak edəcək.
"Mançester Siti" klubu hələ də onun transferi üçün 150 milyon funt sterlinq təklifini geri götürməyib.
Xatırladaq ki, cari "transfer pəncərəsi" İngiltərədə avqust ayının 31-i bağlanır.
Emin Şəmsiyev