"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədə problemini geridə qoyan Kevin De Bröynenin start "11-lik"dəki yerini itirməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "City Xtra" onun dediklərini belə çatdırıb:
"Kevin hazırdır. Gec-tez ilk dəqiqələrdən meydanda olacaq. Müxtəlif səbəblərdən onu qorumaq istəyirik. Əsas olan onun özünü daha yaxşı hiss etməsidir. Bilirik ki, De Bröyne meydandadırsa, hər an rəqiblərin qapısı qarşısında təhlükəli vəziyyət yaratmaq şansımız artır".
Xatırladaq ki, De Bröyne mövsümün əvvəlində aldığı zədəni sağaldandan sonra 3 görüşdə forma şansı qazanıb. Belçikalı ulduz çıxdığı oyunların hamısında meydana fasilədən sonra daxil olub.