"Keşlə"nin Antalyadakı rəqibləri müəyyənləşdi

"Keşlə"nin Antalyadakı rəqibləri müəyyənləşdi
"Keşlə"nin hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, fasilə müddətində "Keşlə"nin təlim-məşq toplanışı iki hissədən ibarət olacaq. Bakılılar qış hazırlığına elə Bakıda start verəcək. İkinci mərhələdə Tərlan Əhmədovun komandası Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi yanvarın 26-da başa çatacaq.
Türkiyə toplanışı çərçivəsində "Keşlə" ayın 17-də "Okjeptes" (Qazaxıstan), 23-də "Konkordiya" (Rumıniya), 25-də "Çertanovo" (Rusiya) ilə qarşılaşacağı dəqiqləşib. Ayın 20-dəki rəqibin isə adına hələ aydınlıq gəlməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər