"Keşlə" Tounkaranı qaytardı, diviziona göndərdi

"Keşlə" Tounkaranı qaytardı, diviziona göndərdi

“Keşlə” sabiq yarımmüdafiəçisi Sadio Tounkaranı geri qaytarıb. 

Fanat.Az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.   29 yaşlı vinger bu gün I Divizionda 2-ci tur çərçivəsində “Keşlə-2”-nin heyətində "Sabah-2"-yə qarşı oyunda meydana çıxacaq.   Qeyd edək ki, "Keşlə" Sadio Tounkara ilə ötən mövsümün sonunda yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər