"Keşlə" son matçına çıxır

"Keşlə" son matçına çıxır
Təlim-məşq toplanışını Antalyada davam etdirən "Keşlə” bu gün sonuncu yoxlama oyununu keçirəcək. 
Fanat.Az xəbər verir ki, "qırmızılar” Slovakiyanın "Zemplin” klubu ilə qarşılaşacaq.
Bundan öncəki iki yoxlama matçında da məğlub olan Tərlan Əhmədovun yetirmələri bu görüşdə qələbə qazanmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq
Qeyd edək ki, "Keşlə” Almaniyanın "Zvikau” klubuna 1:4, Rusiya "Arsenal”ına 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
13.00 Keşlə (Azərbaycan) - Zemplin (Slovakiya)
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər