"Keşlə" daha bir sabiq oyunçusunu qaytardı

"Keşlə" daha bir sabiq oyunçusunu qaytardı

“Keşlə” daha bir keçmiş oyunçusunu geri qaytararaq, heyətə qatmağa hazırlaşır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, syerra-leoneli yarımmüdafiəçi Con Kamara hazırda Bakıdadır.

Sadio Tounkaranın dönüşündən sonra uğursuzluq zolağından çıxan "Keşlə"nin rəhbərliyinin Kamara ilə də yeni müqavilə imzalayacağı gözlənilir. 

Qeyd edək ki, 2019-cu ilin yanvarında "Keşlə"yə keçən Kamara bu yay Bakı klubundan ayrılmışdı. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər