"Keşlə" daha bir oyunçunu heyətinə qatdı

"Keşlə" daha bir oyunçunu heyətinə qatdı
"Keşlə” növbəti transferini reallaşdırıb. 
 
Fanat.Az xəbər verir ki, paytaxt klubu son 4 ili "Sumqayıt”da keçirən Rail Məlikovu heyətinə qatıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Məlikovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, 34 yaşlı müdafiəçi daha öncə "Bakı”, "Neftçi”, "Qəbələ”, AZAL, həmçinin Türkiyənin "Denizlispor” klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər