Kərim Diniyevdən möhtəşəm qol - VİDEO

Kərim Diniyevdən möhtəşəm qol - VİDEO

"İnter" və "Kəpəz" arasında keçirilən Topaz Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub. Qeyri-adi qol "İnter Arena"dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.

Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu "İnter"in qapısına göndərib. Bu qoldan sonra "Kəpəz" fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.  

Qeyd edək ki, Kərim Diniyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğludur. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər