"Mançester Yunayted"in hücumçusu Edinson Kavani "River Pleyt"ə keçməyəcək.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, klublar arasında danışıq olmayıb.
Uruqvaylı futbolçu mövsümün sonuna qədər Mançesterdə qalmağa razılaşıb. Forvard gələcəyi ilə bağlı qərarını may ayında verəcək. Hücumçu özünü La Liqada sınamaqda maraqlıdır.
Qeyd edək ki, Kavaninin "Mançester Yunayted"lə cari müqaviləsi 2022-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Emin