Karateçilərə dərəcələr verildi

Karateçilərə dərəcələr verildi
Yarışlarda yüksək nəticələr əldə edən və uğurlu fəaliyyət göstərən bir qrup karateçi və məşqçiyə Azərbaycan Repsublikasının "İdman ustası" dərəcəsi verilib.
Fanat.Az Azərbaycan Karate Federasiyasına (AMKF) istinadən xəbər verir ki, idmançılardan Roman Heydərov, Tale Yaqubov və Novruz Əliyevə, məşqçilərdən isə Tərlan Cavadova dərəcə medalları və vəsiqələrlə yanaşı, AMKF-in Fəxri Diplomları, hədiyyələr və qurumun əməkdaşlıq tərəfdaşı olan Veteran Tankçılar Bİrliyinin Fəxri Fərmanları verilib.
Mükafatları təqdim edən federasiya prezidenti Yaşar Bəşirov idmançı və məşqçilərə hər zaman diqqətlə yanaşıldığını qeyd edərək onlara uğurlar arzulayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər