Karantin qaydalarını pozan klub cərimələndi

Karantin qaydalarını pozan klub cərimələndi
Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Zaqatala” klubu eyni səbəbdən ikinci dəfə cərimələnib.
Fanat.Az xəbər verir ki, AFFA İntizam Komitəsi əyalət təmsilçisini oyun zamanı texniki zonada karantin qaydalarına riayət etmədikləri üçün yenidən cəzalandırıb.
 
XIX turun "Sabah-2" ilə səfər matçında "Zaqatala"nın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozub. Bu səbəbdən, klub 80 manat ziyana düşüb.
Qeyd edək ki, XVIII turun "Turan Tovuz"la səfər oyununda ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduqları üçün "Zaqatala"ya eyni məbləğdə cərimə kəsilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər