Kante rəsmən “Əl-İttihad”da

Kante rəsmən “Əl-İttihad”da

"Çelsi"nin yarımmüdafiəçi Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, "Əl-İttihad" 32 yaşlı futbolçunun keçidini rəsmiləşdirib. 

Məlumatı klubun mətbuat xidməti yayıb. Kante iyulda yeni komandasına qoşulacaq. 

İnsayder Fabritsio Romano bildirir ki, Fransa millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Nqolo Ərəbistanda ilinə 100 milyon avro qazanacaq. 

Qeyd edək ki, Kante 2016-cı ildən "Çelsi"də çıxış edir. 185 oyunda meydana çıxan futbolçu 11 qola imza atıb. O, Kərim Benzema ilə Fransa millisində 2016-2022-ci illərdə komanda yoldaşı olub. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının son çempionu "Əl-İttihad" iyunun 6-da Kərim Benzemanın keçidini rəsmən elan edib.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər