Kanselunun aqibəti necə olacaq? - Qvardiola açıqladı

Kanselunun aqibəti necə olacaq? - Qvardiola açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ötən mövsümün ikinci yarısını icarə əsasında "Bayern Münhen"də keçirən Joau Kanseludan danışıb.

Fanat.Az xəbər verir ki, "City Zone" Pepin dediklərini belə çatdırıb:

"Kanselu burada qalır. Joau ötən mövsüm də bizim üçün vacib oyunçu idi. İcarə müqaviləsinin müddəti başa çatandan sonra sıralarımıza dönüb və hazırda komandanın bir parçasıdır. Əvvəl də dediyim kimi, nə olacağını görəcəyik".

Daha öncə sözügedən futbolçunun xidmətində "Barselona"nın maraqlı olduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, 29 yaşlı Kanselu qışda qoşulduğu Almaniya klubunda 21 matça çıxaraq 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər