Fabio Kannavaronun Polşa millisinin baş məşqçisi olacağı ehtimalı var.
Fanat.Az xəbər verir ki, bu iddia ilə "Football İtalia" nəşri çıxış edib. İtaliyalı mütəxəssis Polşa Futbol Federasiyasının təklifini qəbul etdiyi bildirilir.
Kannavaro artıq Polşa millisinin nümayəndələri ilə görüşüb. Tərəflərin danışıqları uğurlu alınıb, Fabio iki il müddətinə müqavilə imzalamağa hazırdır.
Qeyd olunur ki, “Yuventus”un sabiq çalışdırıcısı Andrea Pirlo Polşa millisi üçün alternativ variant olub.
Emin