Kanada klubu tarixində ilk dəfə NBA çempionu oldu

Kanada klubu tarixində ilk dəfə NBA çempionu oldu
Milli Basketbol Liqasında (NBA) 2018/19 mövsümünün qalibi müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, final mərhələsinin 6-cı görüşündə "Qolden Steyt”i 114:110 hesabı ilə məğlub edən "Toronto" çempion olub. Kanada təmsilçisi qələbə qazanmaqla ümumi hesabı 4:2 edib. 
Komandanın heyətində Kavay Leonard qarşılaşmanın ən yaxşı basketbolçusu seçilib. O, həlledici oyunda 22 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 
Qeyd edək ki, 1995-ci ildə yaranan "Toronto" komandası tarixində ilk dəfə NBA çempionu adını qazanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər