Kamran Əliyev gec lazım oldu, komandasını...

Kamran Əliyev gec lazım oldu, komandasını...
Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krılya Sovetov”la qarşılaşıb. Kamranın komandası bu oyunda böyük hesabla (0:4) məğlub olub və mübarizəni dayandırıb.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb. Əliyev meydana çıxdıqdan cəmi 3 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər