Kamran Ağayevin ayağı gipsdə qalacaq

Kamran Ağayevin ayağı gipsdə qalacaq
Azərbaycan yığmasının və "İnter"in qapıçısı "Kamran Ağayev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində ötən gün "Qəbələ"yə qarşı səfər oyununda ağır zədələnərək, meydanı erkən əvəz etmək məcburiyyətində qalmışdı. Fanat.az xəbər verir ki, hazırda futbolçunun sol ayağına gips qoyulub.
Həkimlər ona yaxın iki həftə ərzində sol ayağını çalışdırmamağı tapşırıblar. Bu müddət ərzində Kamranın ayağı gipsdə qalacaq. Ondan sonra necə olacağı isə gips götürülündən və həkimlərin təkrar müayinəsindən sonra bilinəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər