Kamran Ağayev yenidən start heyətində

Kamran Ağayev yenidən start heyətində

Kamran Ağayev Portuqaliyanın "Boavişta"nın heyətində növbəti oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ervin Sançes məlumat verib.

Klubun rəsmi saytına açıqlama verən çalışdırıcı Kamran Ağayevə yenə start heyətində şans verəcəyini bildirib: "Qapıda Kamran Ağayev duracaq. Bundan əvvəl Mamadu Ba və Meyraya şans vermişdim. Bir oyuna görə, oyunçunun üzərində xətt çəkmək olmaz. Həmişə komanda üçün kimin xeyrinin daha çox olacağına baxmalıyıq".

Millinin qapıçısı "Boavişta"nın heyətində Portuqaliya Premyer Liqasının VI turunda "Portu" ilə səfər oyununda debüt edib. Həmin matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Portuqaliya Premyer Liqasının VII turunda "Boavişta" "Moreyrense"ni qəbul edəcək. Oktyabrın 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər