Kamran Ağayev yenə 3 qol buraхdı

Kamran Ağayev yenə 3 qol buraхdı
Türkiyənin PTT 1-ci liqasında XIII tura start verilib. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Karşıyaka" "Dənizlispor"u qəbul edib.
Oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran start heyətində yer alıb və sonadək meydanda olub. "Karşıyaka"nın yeganə qoluna "İnter"in sabiq üzvü Aleksandr Amisulaşvili imza atıb.
Qeyd edək ki,"Karşıyaka" 13 turdan sonra 12 хalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər