Azərbaycan Premyer Liqasının 28-ci turunda keçirilən "Qəbələ" - "İnter" matçında zədələnərək meydanı tərk edən bakılıların qapıçısı Kamran Ağayevin durumuna hələ də aydınlıq gəlməyib.
Sport7.az xəbər verir ki, təcrübəli əlcək sahibi bu gün tibbi müayinədən keçməli olsa da, ayağındakı şiş buna mane olub. Belə ki, o, müayinədən ayağındakı şiş çəkildikdən sonra keçə biləcək. Bunu saytımıza açıqlamasında "bankirlər"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib. Klub rəsmisinin sözlərinə görə, Ağayevin müayinəyə axşam saatlarında aparılması gözlənilir. Bundan başqa Kamranın ayağında sınığın olması ehtimal edilmir.
Qeyd edək ki, Ağayev "Qəbələ" ilə oyunda zədələndikdən sonra dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı.
Fanat.az