Kamran Ağayev divizion klubunda

Kamran Ağayev divizion klubunda
Millimizin qapıçısı Kamran Ağayev "İnter"dən ayrıldıqdan sonra özünə yeni iş yeri tapmaqda çətinlik çəkir. Təcrübəli əlcək sahibinin İranda legioner həyatı yaşamaq şansı olsa da, bu yöndə danışıqlar müsbət yekunlaşmayıb.
Cəlbedici təklif gözləyən qolkiper formadan düşməmək üçün məşqlərini davam etdirir. Sport7.az saytına daxil olan məlumata görə, Ağayev məşq etmək üçün özünə komanda da tapıb. 
Belə ki, Kamran yeni yaradılan və növbəti mövsüm Azərbaycan çempionatının birinci divizionunda çıxış edəcək "Səbail" klubunun məşqlərinə qatılır. Klub AFFA tərəfindən idarə olunduğundan milli üzvünün "Səbail"in düşərgəsinə məşq etməsinə icazə verilib.
Son mövsümü uğursuz keçirən və hələ də ciddi təklifi olmayan təcrübəli qapıçının sonda hansı klubla anlaşacağı maraqla gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər