Jurnalistlərə qadağa: Paltardəyişmə otaqlarına girmək olmaz

Jurnalistlərə qadağa: Paltardəyişmə otaqlarına girmək olmaz
Şimali Amerikanın dörd idman liqası - NHL, NBA, MLS və MLB bazar ertəsi koronavirus epidemiyası ilə bağlı ortaq bəyanat yayıb.
Fanat.Az xəbər verir ki, oyunlardan əvvəl və sonra media nümayəndələrinin paltardəyişmə otaqlarına girişinə qadağa qoyulub. Bəyanatda qeyd olunub:
"Yoluxucu xəstəliklərlə mübarizə üzrə mütəxəssislər, o cümlədən həkimlərlə məsləhətləşdikdən sonra oyunlardan əvvəl və sonra sadəcə atletlər və komandaların aparıcı əməkdaşlarının paltardəyişmə otaqlarına girişinə icazə vermək qərarına gəldik. Bunu etməkdə məqsədimiz insanların birbaşa kontaktı nəticəsində yarana biləcək təhlükəni aradan qaldırmaqdı.
Jurnalistlər paltardəyişmə otaqlarından kənarda xüsusi şəkildə hazırlanmış yerlərdə idmançılarla ünsiyyət qura bilərlər. Bu dəyişikliklər çərşənbə axşamından etibarən qüvvəyə minəcək. Vəziyyəti yaxından izləməyə davam edəcəyik. Təhlükəsizliyi təmin etmək üçün başqa addımlar atmağa hazırıq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər