Julius Vobayın yeni klubu müəyyənləşdi

Julius Vobayın yeni klubu müəyyənləşdi
“Neftçi” və "Xəzər Lənkəran"ın sabiq üzvü Julius Vobayın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, bir müddət futbolsuz qalan sierra-leoneli futbolçu karyerasını Sloveniyada davam etdirəcək.
Belə ki, Vobay “Olimpiya” klubu ilə anlaşıb. O, bir neçə gündü Lyublyana klubunun düşərgəsində məşq edir. Dünən “Radomlye” ilə ilə yoxlama matçında sınaqdan keçirilən futbolçu barədə baş məşqçisi Marko Nikoliç müsbət qərar verib. Yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Vobay 2011-2012-ci illərdə "Xəzər Lənkəran"da (26 oyun, 6 qol), 2013-2015-ci illərdə "Neftçi"də (88 oyun, 21 qol) çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər