"Milan"ın hücumçusu Olivye Jiru "Everton"a keçməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı italiyalı jurnalist Canluka Di Martsio yayıb.
İngiltərə klubu 36 yaşlı futbolçuya mövsümün sonuna kimi müqavilə təklif edib. Lakin maliyyə məsələlərində anlaşma əldə olunmadığı üçün keçid baş tutmayıb.
Qeyd edək ki, Fransa millisinin üzvü 2021-ci ildən "Milan"da çıxış edir.
Röya