Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski futbol stadionlarında pivə satışı ilə bağlı qanunun ləğv edilməsini təklif edir.
Fanat.Az "RB Sport"a istinadən xəbər verir ki, siyasətçi azarkeşlərin daim sərxoş olmasından gileylənib.
"Hökümətdən stadionlarda pivə satışı ilə bağlı qanunu ləğv etməyə çağırıram. Nəyə lazımdır? İnsanlar pivə içib dəli olurlar. Bir şüşə içəcək, sonra ikincisi - vəssalam ...
Avropada sübut ediblər ki, iki şüşə pivədən sərxoş olmaq mümkün deyil. Razıyam, onların pivələrinin tərkibində 2% alkoqol var. Amma bizim pivələrin tərkibinin yarısını alkoqol təşkil edir.
Azarkeşlərdən soruşun görün standionlarda pivəyə ehtiyac var, ya yox?
Hiyləgərliklə bizi stadionlarda pivə satışının icazə verilməsi ilə bağlı qanunu qəbul etməyə çağırdılar. İndi də deyəcəklər Jirinovskinin partiyasına görə sərxoşluğun sayı artır. Ləğv olunmalıdır, vəssalam!
Hər şey Putinin partiyasının günahıdır. Bu qanun lahiyəsini bizim adımızdan gerçəkləşdirmək planı qurdular. Yaxşı qanun idisə "Edinaya Rossiya" öz adından verərdi".
Xatırladaq ki, avqustun 9-u Rusiya hakimiyyəti stadionlardan alkoqol satışının ləğv olunmaması barədə qanunda dəyişiklik edib.
Emin Şəmsiyev