İsrafilov "fərqləndi", komandası uduzdu

İsrafilov "fərqləndi", komandası uduzdu
İspaniya II liqasında XVI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadis" səfərdə "Ximnastik"lə qarşılaşıb. 
Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1. İsrafilov bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.
"Kadis" 16 turdan sonra 21 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər