İsrafilov 83 dəqiqə oynadı, komandası xal itirdi

İsrafilov 83 dəqiqə oynadı, komandası xal itirdi
İspaniyanın ikinci liqasında 30-cu turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə "Numansiya" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 47 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər