İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

"Daha öncə itmələri barədə məlumat verilmiş Somali idmançıları bu gün vətənlərinə yola salınıblar".

Fanat.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata əsasən, Somali idmançıları yarışların bitməsindən dərhal sonra Azərbaycan rayonlarından birinə yollanmağa və orada istirahət etməyə qərar veriblər.

Nəticədə, idmançılar reyslərinə gecikiblər və ölkələrinin nümayəndə heyəti ilə birlikdə vətənlərinə qayıda bilməyiblər.

Lakin artıq bu gün DİN əməkdaşlarının müşayiəti ilə onlar hava limanına yola salınıb və oradan vətənlərinə yola düşüblər.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər