İslamiada: Səbinə Əzimova "bürünc"ə sabib çıxdı

İslamiada: Səbinə Əzimova "bürünc"ə sabib çıxdı

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

Fanat.Az xəbər verir ki, bu gün çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.

Gülçin Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.

Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.

Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova bu çəki dərəcəsində 3-cü yerə çıxıb və İslam Oyunlarında ilk medalımızı qazanıb

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər