İŞİD-lə əməkdaşlıq edən FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı

İŞİD-lə əməkdaşlıq edən FİDE prezidenti vəzifədən uzaqlaşdırıldı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlümjinov vəzifəsindən uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, bu haqda FIDE açıqlama yayıb.

Qurumun İdarə Heyətinin qərarı ilə FIDE-yə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos başçılıq edəcək.

Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən, terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfərə və 6 şirkətə qarşı sanksiya tətbiq edib və onların adları "qara siyahı"ya daxil edilib. Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FIDE-nin prezidenti Kirsan İlümjinov da sanksiyaya məruz qalan şəxslər arasındadı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər