İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Ərzurumspor”la qarşılaşıb.

Doğma meydanda baş tutan oyun “Boluspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə də alıb.

"Boluspor" bu nəticədən sonra 39 xalla 7-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər