İsgəndərli cəzalandı, komandası səfərdən 1 xalla döndü

İsgəndərli cəzalandı, komandası səfərdən 1 xalla döndü

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 4-cü tur çərçivəsində səfərdə "Partizani" ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. İsgəndərli matça start "11-lik"də başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə alıb.

"Eqnatiya" hazırda 7 xalla 2-ci pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər