İsgəndərli cəzalandı, komandası qalib gəldi

İsgəndərli cəzalandı, komandası qalib gəldi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda 3-cü tur çərçivəsində doğma meydanda "Erzeni" ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

İsgəndərli start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Eqnatiya" hazırda ölkə çempionatında 6 xalla 2-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər