İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç "Mançester Yunayted"in superulduzu Kriştianu Ronaldunu tənqid edib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, ucaboy veteran onun topsuz oynayarkən meydanda işləmədiyini qabardıb:
"İrəlidə "yatmaq" daha dəbdə deyil. Bu məqam Ronaldu gələndən bəri "Mançester Yunayted"də həmişə müzakirəyə açıqdır. Hər şey doğrudan da dəyişir. Artıq yeni reallıqlar var".
Nihat