İraq İslamiadada iştirakdan imtina etdi

İraq İslamiadada iştirakdan imtina etdi

İraq Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarından çəkilib.

Fanat.Az xəbər verir ki, məlumatı ölkənin Milli Olimpiya Komitəsi açıqlayıb.

Bəyanatda İraqın Kürdüstan Regionundakı Zaxo şəhərinə edilən hücum zamanı mülki şəxslərin ölməsi və bu qərarın həmin silahlı hücuma protest olaraq qəbul edildiyi bildirilib.

Qeyd edək ki, 20 iyulda baş tutan silahlı hücumda aralarında uşaqlar da olmaqla azı 9 nəfər həyatını itirib, 23 nəfər yaralanıb. Türkiyə tərəfi bu hücumun məsuliyyətinin PKK terror qrupuna aid olduğunu bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər