Yeni mövsümdən Cənubi Azərbaycanın paytaxtı Təbrizin daha bir klubu İran Pro Liqasında çıxış edəcək. "Maşınsazi” klubu yüksək liqadada oynamaq hüququ qazanıb.
İran I divizionun 37-ci turunda “Rəfsəncan”ı qəbul edən Təbriz təmsilçisi 3:0 hesabı ilə qalib gələrək xalını 63-ə yüksəldib. Bununla da ikinci pillədəki yerini möhkəmləndirən komanda son turun oyunundan asılı olmayaraq ilk “üçlük”dəki yerini qorumuş olub.
Beləliklə Təbriz təmsilçisi gələn mövsüm üçün İran superliqasına vəsiqəni təmin edib.
Xatırladaq ki, Təbrizin "Traktorsazi" klubu da superliqada mübarizə aparır. (qol.az)
Fanat.az