Futbol üzrə İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salınıb.
Fanat.Az İPL-in rəsmi saytına istinadən xəbər verir ki, 20-ci tur çərçivəsində keçirilməli olan “Arsenal” – “Vulverhempton” və “Lids” – “Aston Villa” qarşılaşmaları ertələnib.
Buna “Vulverhempton” və “Lids” klublarında koronavirusa kütləvi yoluxma səbəb göstərilib.
Hər iki oyunun dekabrın 28-də keçirilməsi nəzərdə tutulmuşdu.