"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri

"İnsanlar indi bizim ağrılarımızı başa düşməyə başlayırlar" - Anri
"Arsenal"ın və "Barselona"nın keçmiş futbolçusu, "Monreal İmpekt"in baş məşqçisi Tyerri Anri "Black Lives Matter" ("Qaradərililərin həyatı önəm kəsb edir") hərəkatı haqqında fikirlərini bölüşüb.
Fanat.Az CBC-yə istinadən xəbər verir ki, Anri açıqlamasında qeyd edib:
"Məncə, hamımız qaradərililərin həyatının önəm kəsb etdiyini bilirik. Bu barədə danışmışıq. Sadəcə, insanlar bu hərəkata qoşulmaqla bizim ağrılarımızı başa düşməyə başladıqlarını nümayiş etdirirlər".
Mayın 25-də ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polisin müdaxiləsindən sonra dünyasını dəyişmişdi. Hadisənin ardınca Amerikanın müxtəlif ştatlarında etiraz aksiyaları başlamışdı. Daha sonra protestlər dünyanın digər hissələrinə yayılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər