Çinin ABŞ-a cavabı gecikmədi: "Planları uğursuzluğa məhkumdur"

Çinin ABŞ-a cavabı gecikmədi: "Planları uğursuzluğa məhkumdur"

Çin ABŞ-ı 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etdiyinə görə əks tədbirlərlə hədələyib.

Fanat.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lijian danışıb.

Nazirlik rəsmisinin sözlərinə görə, ABŞ-ın Olimpiadanı alt-üst etmək üçün hazırladığı "sui-qəsd" planı uğursuzluğa məhkumdur. Onun fikrincə, bu addəm mənəvi nüfuz və etibarın itirilməsinə səbəb olacaq.

Qeyd edək ki, 2022-ci il Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər