Milan "İnter"inin müdafiəçisi Denzel Dümfris karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazetta dello Sport" yayıb.
Xəbərə görə, Niderland millisinin 26 yaşlı üzvünün xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın nümayəndələrinin Dümfrisin agentləri ilə əlaqə saxladığını və onu cari mövsümün sonunda, 50 milyon avroya transfer etməyi planlaşdırdıqlarını vurğulayıb.
Qeyd edək ki, Denzel 2021-ci ilin avqustundan Milan təmsilçisindədir. Bu mövsüm "İnter" forması ilə bütün turnirlərdə 25 matça çıxan niderlandlı 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qara-göylər"lə müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Nihat