İngiltərə klubunun yeni forması azarkeşləri qorxutdu - FOTO

İngiltərə klubunun yeni forması azarkeşləri qorxutdu - FOTO

İngiltərənin aşağı liqasında çıxış edən "Forest Green Rovers" klubu yeni formalarını təqdim edib. 

Fanat.Az xəbər verir ki, klubun "Twitter" səhifəsində paylaşılan geyim dəstlərindən biri böyük müzakirəyə səbəb olub.

Ev matçları üçün futbolka yaşıl, səfər oyunları üçün isə çəhrayı rəngdə olacaq. Amma ən çox diqqəti üçüncü dəst cəlb edib. Formanın üçüncü variantı qara və mavinin birləşməsidir. Onun sinə hissəsində kəllə şəkli var.

"Twitter"dəki şərhlərə əsasən, "Forest Green Rovers"in azarkeşləri ehtiyat formadakı kəllə şəklindən həyəcanlandıqlarını və buna etirazlarını bildiriblər. 

 

Yeri gəlmişkən, bu klub ötən mövsüm İngiltərə futbolunun 4-cü liqasında qalib olub. Bu isə o deməkdir ki, "Forest Green Rovers" yeni mövsümdən səviyyəsinə görə üçüncü, başqa sözlə, Birinci Liqada çıxış edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər