"İngiltərə ilə bağlı nostalji duyğular yaşamıram"

"İngiltərə ilə bağlı nostalji duyğular yaşamıram"

"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviç Səudiyyə Ərəbistanı klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Serbiya millisinin forvardının dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

“Baxmayaraq ki, orada uzun illər oynamışam, hazırda İngiltərə ilə bağlı nostalji duyğular yaşamıram. Nəhayət ki, top kluba keçdiyim üçün xoşbəxtəm. “Əl-Hilal” Səudiyyə Ərəbistanında  “Real Madrid”i xatırladır. Burada olmaqdan məmnunam. Titullar qazanmaq istəyirəm”.

Xatırladaq ki, Mitroviç "Əl-Hilal"a bu yay "Fulhem"dən transfer olunub. O, cari mövsüm yerli çenpionatda 4 matça çıxaraq 5 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər