"Mançester Yunayted" "Atletiko"nun futbolçusu Antuan Qrizmann üçün astronomik məbləğdə transfer təklifi göndərməyə hazırlaşır.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə klubu fransız ulduz üçün 100 milyon avro təklif edəcək.
Məlumata görə, Qrizmann özü də kariyerasını Mançesterdə davam etdirmək istəyir. Amma "Mançester Yunayted"in növbəti mövsüm Çempionlar Liqasında iştirakı sual altında olduğundan tərəddüd edir.
Fanat.Az